- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan idmanının lider klublarından biri – “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsi start götürüb. Allsport.az klub saytına istinadən xəbər verir ki, dekabrın 24-25-də Türkiyənin paytaxtı Ankarada yerləşən və kluba məxsus olan “Altınpark-Akarsu” İdman Kompleksində keçiriləcək bu turnirdə Azərbaycandan başqa 10 ölkədən – Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Bolqarıstan, Polşa, Belarus, İran, Ukrayna və Moldova – olan filiallarımızın idmançıları iştirak edəcəklər.
Dünya çempionatında final mərhələsi klubların mübarizəsidir. İdmançılar fərdi nəticələrlə yanaşı, təmsil etdikləri klublara da xal qazandırırlar. Sonda müvafiq xallara uyğun olaraq komanda sıralaması tərtib olunacaq və 1-6-cı yeri tutan klublar mükafatalandırılacaqlar.
Çempionat 8 yaş qrupu üzrə keçirilir və qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdirilir. Yarış iştirakçıları seçmə mərhələdə göstərdikləri nəticələrə əsasən müəyyən edilmiş, ən yaxşılar finala dəvət edilmişdir. Qruplar aşağıdakılardır:
Qadınlar:
WU-15 (yaşı 15-ə qədər olan idmançılar)
WU-20 (yaşı 20-yə qədər olan idmançılar)
WU+20 (yaşı 20-dən çox olan idmançılar)
Kişilər
U-12 (yaşı 12-yə qədər olan idmançılar)
U-15 (yaşı 15-ə qədər olan idmançılar)
U-20 (yaşı 20-yə qədər olan idmançılar)
U+20 (yaşı 20-dən çox olan idmançılar)
Veteranlar (yaşı 35-dən çox olan idmançılar)
Çempionat bütün beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Ağır Atletika Federasiyasının qəbul etdiyi qaydalar çərçivəsində keçirilir. Yarışa xidmət edən hakimlərin hamısı beynəlxalq dərəcəli, yetərincə böyük təcrübəyə malik mütəxəssislərdir. Turnirin təşkilində Türkiyə Ağır Atletika Federasiyası ilə sıx təmasda olan klubumuza verdikləri dəstəyə görə təşəkkür etməyi də yaddan çıxarmamalıyıq. Xüsusilə, prezident Tamer Taşpınarın özəl diqqəti qeyd edilməlidir.