- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci dünya çempionatı start götürüb. Allsport.az xəbər verir ki, Azərbaycanla birlikdə 12 ölkənin qatıldığı bu yarış yenidən ən yüksək səviyyədə təşkil olunacaq, maraqlı idman mübarizəsi şəraitində keçəcək.
İlk olaraq körpücük üzərinə yaşı 17-yə qədər olan qızlar çıxacaqlar. Çempionatın keçirilməsində məqsədlər klublar arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağırlıqqaldırmanın inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunmasıdır.
Yarışa gəlmə günü 25 dekabr, getmə günü isə 29 dekabr 2015-cı il olaraq müəyyən edilmişdir. Dünya çempionatında Azərbaycan, Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Bolqarıstan, İsrail, İrandakı “Zirve İnternational Sport Clubs”-ın həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.
Yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirilir:
1. Kişilər
a) U-20 (yaşı 20-yə qədər olanlar)
b) 20+ (yaşı 20-dən yuxarı olanlar)
2. Qadınlar
a) U-17 (yaşı 17-yə qədər olanlar)
b) 17+ (yaşı 17-dən yuxarı olanlar)
Yarış şəxsi və komanda xarakteri daşıyacaq. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olunacaqlar. Komanda yarışlarında I-VI yerləri tutan klublar mükafatlandırılacaqlar. Qalib və mükafatçı idmançılar və komandalar“Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqlar.