- Baxış sayı: 44
- 24 Dekabr 2024 21:21
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”ın çempionatının 2-ci mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, Ankaranın “Altunpark Axarsu” İdman Kompleksimizdə bu ölkədə hər üç filialımızın ağır atletləri bir araya gəliblər.
Klubun baş məşqçisi, dünya və Avropa çempionu Hafiz Süleymanov, üçqat olimpiya çempionu Xəlil Mutlu və digərlərinin də qonağı olduğu yarış maraqlı mübarizə şəraitində keçib. “Duzgölü-Zirvə”, “Sudaş-Zirvə” və “Mərzifon-Zirvə” agırlıqqaldıranları körpücük üzərində qüvvələrini sınayıblar. Yüksək təşkilatçılıq şəraitində keçən çempionatdan hər kəs razı qalıb.
Yarışda 40-a yaxın idmançı iştirak edib. Bu, Türkiyədəki ilk belə çempionatımız olduğundan qadın atletlər fərqli yaş qrupları üzrə medallara layiq görülüblər. U-12, U-15, U-20 və ustalar, U12, U14, U16 və qadınlar qələbə uğrunda mübarizə aparıblar.