- Baxış sayı: 63
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0
Sloveniyanın “Maribor” klubunun idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Bakıda 1:3 hesabı ilə məğlub olan Sloveniya klubunun rəsmisi iddialı danışıb:
“Zəif rəqib olmur. Avropa Liqasının pley-off mərhələsində isə ümumiyyətlə zəif rəqib dəqiq yoxdur. Mövsümün əvvəlində hara qədər irəliləyəcəyimizi bilmirdik. Amma hazırda Avroliqanın pley-off mərhələsindəyik.
Qrup mərhələsinə vəsiqə qazanmaq üçün də real şansımız var. Bizim azarkeşlərimizlə hər şey mümkündür. Onlar bizə əlavə güc və enerji verirlər. “Qəbələ”ni əsl cəhənnəm gözləyir”.