Zoran Qayiç “Telekom”la yoluna davam edir

Voleybol klublarımızda durğunluq davam edir. Allsport.az saytı xəbər verir ki, maddi problemlərdən əziyyət çəkən Super Liqa təmsilçilərindən “Telekom”un durumu nisbətən sabitdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyələşdirdiyi klub son mövsümdə ciddi maddi sıxıntılardan əziyyət çəksə də, indi vəziyyət yaxşılaşıb.

Rəhbərlik yenə Zoran Qayiçlə yola davam etməyi planlaşdırır. Gümüş medal qazanan klub Çempionlar Liqasında oynamaq hüququndan istifadə edəcək. Ancaq heyətin gücləndirilməsi sual altındadır.

“Lokomotiv” əcnəbi voleybolçulara olan borclarını ödəyə bilməsə, Avropa Voleybol Konfederasiyası (CEV) bütün klublarımıza transfer qadağası qoyulacaq.

Həmin kateqoriyadan