- Baxış sayı: 41
- 06 Mart 2026 22:52
- Baxış sayı: 245
- Mart 05, 2026
- 0

Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, yubiley premyer liqanın turuna təsadüf edib.
“Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda fürsət qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.
Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də çempionlar liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.