- Baxış sayı: 37
- 05 Fevral 2026 18:05
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan premyer liqasının XXVII turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legionçu Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.
Zubir 2018/19 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də çempionlar liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Abdullah 7 il ərzində 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasında iştirak edib.