Zülfüqarov türkiyəli hakimin işinə qiymət verəcək

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov çelenc kubokunun oyununda hakim olacaq.

Allsport.az xəbər verir ki, Avropa voleybol konfederasiyası tərəfindən təyinat alan Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında çelenc kubokunun 1/4 final mərhələsinin “KHG Kaposvari NRC” (Macarrıstan) və “GEN-I Volley NOVA GORICA” (Sloveniya) klubları arasında baş tutacaq qarşılaşmasında ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Qaya icra edəcək.

CEV hakimlər komitəsi bu il yeni bir layihəyə – “CEV Mentoring Program 2026” – start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur. Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli hakimlər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.

Həmin kateqoriyadan