- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 259
- Mart 05, 2026
- 0

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, gənclər liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Fevralın 12-də Trabzonda yerləşən Şənol Günəş idman kompleksində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.