- Baxış sayı: 28
- 11 Mart 2026 19:07
- Baxış sayı: 92
- Mart 11, 2026
- 0

“Azərbaycan millisinin İrlandiyaya qarşı matçını izlədik”.
Allsport.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Ruben Diaş Bakıda millimizə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
24 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı oyun sərgilədiyini bildirib: “Bu matçda da əsas şərtimiz diqqətli olmaq və görüşə fokuslanmaq olacaq”.
Sentyabrın 7-də Bakı olimpiya stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçı saat 20:00-da start götürəcək.