- Baxış sayı: 39
- 28 Aprel 2026 20:20
- Baxış sayı: 133
- Aprel 28, 2026
- 0

“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.
İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.
Kamilo ötən ilin avqustunda “Qarabağ”a keçib.