Ədalət təmsilçilərimiz Avropa kubokuna təyinat alıb

Beynəlxalq dərəcəli həndbol hakimləri ErnersEmil Ağakişi qardaşları növbəti təyinat alıblar.

Allsport.az xəbər verir ki, təcrübəli referilər bu dəfə qadın həndbolçuların EHF Avropa kuboku turnirində ölkəmizi təmsil edəcəklər. Söhbət qitənin nüfuzlu klub turnirinin yarımfinal mərhələsinin “Antalya Konyaaltı BSK” – “MKS İUVENTA Mixalovçe” görüşündən gedir. Türkiyə və Slovakiya təmsilçilərinin qarşılaşması gərgin və maraqlı mübarizə vəd edir. Oyun bu gün Akdeniz universitetinin idman sarayında keçiriləcək.

Həmin kateqoriyadan