- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.
Allsport.az saytı xəbər verir ki, fərqlənənlər “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılırlar.
20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə beynəlxalq turnirdə fərqlənənlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
“Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”
Elçin Cəfərov – AGF vitse-prezidenti
Seymur Əhədov – XDMX idman şöbəsinin rəisi
“Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”
Akif Əliyev – böyüklərdən ibarət yığma komandanın baş məşqçi əvəzi
Arif Abdullayev – böyüklərdən ibarət yığma komandanın məşqçis, Dünya çempionu
Əsgərxan Novruzov – yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi
Elçin Zeynalov – əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordeni laureatı
İsmayıl Çöpsiyev – əməkdar məşqçi, “Tərəqqi” medalı və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu laureatı
Əli Əliyev – əməkdar məşqçi
Firdovsi Ömərov – əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman xadimi
“Ədalətli oyun prinsiplərinə sadiq hakim”
Qərib Əliyev – beynəlxalq dərəcəli hakim
“Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”
Mayis Musayev – AGF-nin mətbuat katibi