Əfqan Bayramov Avropa çempionatında “kiçik” qızıl medal qazandı

Tiflisdə ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, startda uğurlu çıxışı ilə yadda qalan millimiz, bu gün yenə fərlənib. Əfqan Bayramov (77kq) “B” mübarizə aparıb. Buna baxmayaraq, o, “A” qrupunda çıxış edən bir çox həmkarından daha yaxşı təsir bağışlayıb.

Toplam 333 kq (141+192) nəticə göstərən idmançımız,  yekun sıralamada 7-ci yeri tutub. Təkanla qaldırmada ram etdiyi 192 kq-ı heç kəs üstələyə bilməyib və o, bu hərəkətdə Avropa çempionatının “kiçik” qızıl medalını qazanıb.

Əfqan Bayramov 2012-ci Antalyada təşkil olunan eyni yarışda 69 kq-da baş mükafata sahib çıxıb. Xatırladaq ki, Avropa çempionatının ilk günlərində Valentin Xristovn (62 kq) və Boyanka Kostova (53 kq) 1-ci yeri tutublar.

 

Həmin kateqoriyadan