- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Fransanın Makon şəhərində gənclərin dünya birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, çempionatın son günündə də “sərbəstlər” çıxış edib. Millimiz yarışı xoş ovqatda bitirir, 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnib.
55 kq-da mübarizə aparan Əfqan Xaşalov ardıcıl olaraq Hindistan, Özbəkistan və Yaponiya güləşçilərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə də qalib gələn bahadırımız, növbəti dəfə dünya birinciliyinin qalibi olub.
Ömər İsrailov (120 kq) öncə Yaponiya, sonra Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib. qızıl medal uğrunda tutaşmada rusiyalı idmançı ilə qarşılaşıb. Bu dəfə qələbəni şimallı rəqib qazanıb.
Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) 3-cü yeri tutublar.