- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan Güləş Federasiyası 2015-ci ilin yekunlarına həsr olunman mərasim keçirib. Allsport.az saytı xəbər verir ki, mövsüm ərzində qazandığı nailiyyətlərə görə ən yaxşılar mükafatlandırılıblar. İlk olaraq, tədbir iştirakçılarını salamlayan Əjdər Cəfərov federasiya rəhbərliyi adından qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə xalqımızı təbrik edib.
Yola salmaqda olduğumuz 2015-ci ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu deyən federasiyanın baş katibi ölkəmizin birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirdiyini vurğulayıb. Bildirib ki, bu il güləşçilərimiz üçün də uğurlu olub, yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə dünya kubokuna sahib çıxıb, Avropa Oyunlarında 15 medal, dünya çempionatında isə yay Olimpiya Oyunlarına 11 lisenziya qazanılıb. Ötən ili 294 medalla başa vuran pəhləvanlarımız, bu il daha çox, 328 medalla idman həvəskarlarını sevindiriblər:
“Təbii ki, qazanılan bütün bu uğurlar ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən, güləşə göstərdiyi daimi qayğının nəticəsidir. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması məsuliyyətimizi daha da artırır. İldən-ilə uğurlarımızın sayı da çoxalır. 2016-cı il də bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki qarşıda bizi Yay Olimpiya Oyunları gözləyir. Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Faizl Məmmədov güləşçilərin qarşısına Rio-de-Janeyroda ən azı London Olimpiadasındakı uğuru təkrarlamaq, xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyub. Hazırlıq planımız da bəllidir. Federasiyanın birinci vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin daimi nəzarəti ilə güləşçilərimiz məşqləri davam etdirir. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək”.
Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb. Yunan-Roma güləşində ilin idmançısı Avropa Oyunları və dünya çempionatının qalibi Rəsul Çunayev seçilib. Sərbəst güləşdə isə sözügedən nominasiyanın qalibi ikiqat dünya çempionu Hacı Əliyev olub. Qadın güləşçilərimizdən yığma komandanın kapitanı Mariya Stadnik də “İlin ən yaxşı idmançısı” kimi mükafatlandırılıb. İlin ən yaxşı məşqçisi adına yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Cəmşid Xeyrəbadi layiq görülüb. Nəhayət, “İlin ən yaxşı hakimi” beynəlxalq dərəcəli hakim Asif Şirəliyev seçilib. Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə davam etdirilib.