- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Azərbaycan Güləş Federasiyasında qurumun nümayəndəliklərinin kuratorları və məşqçiləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, AGF-iın baş katibi Əjdər Cəfərovun iştirak etdiyi görüşdə, əvvəlcə kuratorların və məşqçilərin hesabatı dinlənilib.
Hesabatlar dinlənildikdən sonra çıxış edən AGF baş katibi ümumilikdə bölgələrdə görülən işləri qənaətbəxş hesab edib, ancaq görüləcək işlərin də çox olduğunu bildirib. AGF prezidenti cənab Fazil Məmmədovun “Regionlarda güləşin inkişafı” barədə əmrini görüş iştirakçılarına xatırladan baş katib Əjdər Cəfərov Federasiya rəhbərliyinin bölgələrdə perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına xüsusi diqqət ayırdığını qeyd edib.
“Ötən həftə bölgələrdə seçim xarakterli zona yarışları keçirildi. Ümumilikdə, sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi yarışlarda iştirak edib. Halbuki iştirakçıların sayı daha da çox ola bilərdi. Məşqçi-müəllimlər kütləviliyin artırılmasına daha çox diqqət ayırmalı, təbliğat işini artırmalı və daha çox perspektivli gəncin güləşə cəlb olunmasına çalışmalıdır. Federasiya rəhbərliyinin göstərişi ilə nümayəndəliklərin hər biri üçün yüksək şərait yaradılıb, bütün zallar güləş avadanlığı və inventarlarla təchiz olunub. Həm kuratorlar, həm də məşqçilər öz işlərinə daha ciddi yanaşmalı, bəzi hallarda əvvəlkindən daha da artıq çalışmalıdır”.
Görüşün sonunda AGF nümayəndəliklərinin məşqçi və kuratorlarının gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib. Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq Respublika turniri oktyabrın 26-28-də keçiriləcək. Turnirin final mərhələsində, bütövlükdə, AGF-in 8 nümayəndəliyini təmsil edən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisi mübarizə aparacaq.