- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərov yenə fəallaşıb. O, geri qayıtmaq, təzədən vəzifə başına keçmək istəyir. Allsport.az saytına daxil olan məlumatda, onun tərəfdarlarının xeyli müddət təbliğat apardığı söylənilir. Gəzən söz-söhbətə görə, əsasən Şamaxı bölgəsindən olan məşqçilər Əjdər Cəfərovun qayıtmasında maraqlıdır. Sabiq FİLA hakimi federasiyada pulsuz çalışmağa hazırdır, məqsədinə çatmaq üçün AGF prezidenti Fazil Məmmədova yol axtarır.
Həmin xəbər güləş ictimaiyyətində yayıldıqdan bir qədər sonra, təşkilatda çalışan əksər əməkdaşlar arasında təşviş yaradıb. İşində çox sərt olan bu baş katibin dönəmində, məcazi olaraq, nəfəs alanda belə ondan icazə alan şəxslər, yenidən əski «qara günləri»ni yaşamaq istəmirlər. Bununla yanaşı, Əjdər Cəfərovun ədliyyə sistemində çalışmaq üçün səylər göstərdiyi deyilir. Rio-2016-da qızıl medalın olmaması, qarşıdan İslam Həmrəyliyi oyunlarında komandanın qarşısına yüksək nəticə qoyulduğundan, onun yaxın gələcəkdə qayıtmaq imkanını artırır.
Xatırladaq ki, Əjdər Cəfərov 2011-2016-cı illərdə AGİF-in baş katibi olub. Ona qədər federasiyanın hakimlər kollegiyasının sədri vəzifəsini yerinə yetirib, olimpiya dərəcəli referi olaraq, London-2012-də yer alıb. O, bir zamanlar yeniyetmə sərbəst güləşçilərdən ibarət millimizin baş məşqçisi olan mərhum Xosrov Cəfərovun oğludur.