- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-20 dünya çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk həlledici günündə “sərbəstlər”də 5 çəkidə mükafatçılar bilinib.
Əli Tsokayev (79 kq) polşalı Mateuş Pedziçki (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb.
Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. O, 3-cü yer uğurunda tutaşmada iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gəlib.