- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, yeganə qadın güləş məşqçisi Mətanət Süleymanova ötən ay öz istəyi ilə ərizə yazaraq işdən çıxıb. AGF martın 7-də onun işdən azad olma əmrini verib. Mütəxəssisin 10 il çalışdığı (bu illər ərzində sıfırdan yetişdirdiyi tələbələri tək yeniyetmə-gənclərin Avropa və dünya birinciliklərində 14 medal qazanıb) güləş camiyəsini tərk etməsinə səbəb maliyyə durğunluğudur. Ümümiyyətlə, federasiyada böhran və bundan irəli gələn maaş borcu çoxdan var. Qılırma nöqtəsi ötən ilin iyulunda – yayın qızmar çağında baş verdi: milli komandanın adlı-sanlı bahadırları Olimpiya Güləş Mərkəzinin həyətində etiraz tədbiri keçirdilər. KİV bu məsələni diqqətli izlədi, işıqlandırdı. Elə idmançıların haqlı narazılığından sonra 2 ay maaş oldu, sonra yenə «köhnə hamam, köhnə tas».
Açığı, gerçəkdə maliyyənin olmaması inandırıcı görünmür. Allsport.az saytı kiçik incələmə və təhlildə bu qənaətə gəlib. Mətanət Süleymanova işdən çıxarkən, son haqq-hesabını tələb edib. Halal pulunun verilən vaxtda ödənilmədiyini gördükdə, hərəkətə keçib. Əldə etdiyimiz bilgiyə görə, o, vəkil tutaraq əmək müfəttişliyinə üz tutub. Onun şikayətindən əl-ayağa düşən AGF qısa zamanda, bu həftə 4000 manat borcu maaş kartına köçürüb. Amma bu proses əgər 1 təqvim ayından geç baş veribsə, onda aidiyyatı qurum federasiyanı cərəmələyəcək. Əmək Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3.Hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Maraqlıdır, əgər Güləş federasiyası əməkdar məşqçinin şikayətindən sonra, borcunu qaytara bilibsə, buna qədər dünya kuboku ilə əlaqədar ABŞ kimi uzaq və bahalı səfərə böyük heyətlə (20 nəfər) yollanıbsa, demək, digər məşqçilərin, idmançıların və federasiya əməkdaşlarının uzun aylar qalan məvacibini hissə-hissə də olsa, verə bilər. Belədə, ortaya maraqlı sual doğur: Bəs onda niyə etmir? Nəyi gözləyir? Cavabı Allahdan və AGF rəhbərliyindən başqa heç kim bilmir. Amma bir şey bəllidir ki, rəqiblər Tokio-2020-yə hazırlığa başlayıblar. Süni qələbələrə sevinməkdənsə, içdə narazılığı tam aradan qaldırıb halallaşaraq, olimpiya oyunları üçün toparlanmalıyıq. Çünki dördilliyin ən böyük idman bayramında qazanılan medalların yarısını güləşin payna düşür. Son 3 olimpiadada bu subut olunub. Mətanət Süleymanovaya gəlincə, bundan sonra məşqini cüdoda aparacaq.