- Baxış sayı: 26
- 21 Noyabr 2024 21:36
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunub. Allsport.az xəbər verir ki, onlar 3:2 hesabıyla ukraynalıların xeyrinə başa çatan matçı belə şərh ediblər:
Peres Moreno Qomes Faustino (Azərbaycan millisinin baş məşqçisi): “Birinci hissədə bir neçə əlverişli imkanımız oldu. Rəqibin qapıçısı yaxşı oynadı. Üstəlik, dirəkdən dönən topları da gördük. Müdafiədə intizamsız oynadıq, çox qayda pozuntusuna yol verdik. Bütün bunlar yekun nəticəyə təsir göstərdi. Yeni komanda qurmağa çalışırıq. Ən böyük çatışmazlığımız təcrübəsizlikdir”.
Aleksandr Kosenko (Ukrayna millisinin baş məşqçisi): “Oyun istər məzmun, istər mübarizə baxımından maraqlı alındı. Qələbə qazanmaq istəyirdik, bilirdik ki, heç-heçə bizi qane etmir. Azərbaycan millisinin möhtəşəm azarkeş dəstəyi vardı. Bununla belə, məqsədimizə çatdıq. Nə qədər təzadlı olsa da, heç-heçənin bizə sərfəli olmaması psixoloji baxımdan işimizə yaradı”.