- Baxış sayı: 38
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunun oyunlarını 27500 azarkeş ziyarət edib. Allsport.az xəbər verir ki, bu, orta hesabla hər oyuna 5500 azarkeş deməkdir.
Ən çox azarkeş “Xəzər Lənkəran” – “İnter” matçında olub. Bu oyunu izləmək üçün Lənkəran şəhər stadionuna 7000 azarkeş toplaşmışdı.
Ən az azarkeş isə “Rəvan” – “Sumqayıt” görüşündə olub. “Bayıl Arena”dakı həmin qarşılaşmanı sadəcə, 1000 azarkeş izləyib.
Digər oyunların azarkeş fəallığı belədir: “Qəbələ” – “Qarabağ” – 3200, “Neftçi” – “Kəpəz” – 1500, “Zirə” – AZAL – 1300.