- Baxış sayı: 29
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 106
- Aprel 11, 2025
- 0
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Berlin “Union”u ilə qarşlaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ərat oyunun 82-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
Qeyd edək ki, “Fortuna” hazırda 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.