- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Soçi” klubunun hücumçusu Aleksandr Kokorinin həyat yoldaşı Dərya Valitova İnstaqram hesabında qızılı çimərlik paltarında açıq-saçıq foto yerləşdirib. Allsport.az saytının məlumatına görə, gözəlçə bunu ərinin və futbolçu həmkarlarının işinə baxılacaq ilk kassasiya iclasından öncə edib.
İdmançılar 2018-ci ilin payızında Moskvanın mərkəzində bir neçə dəfə dalaşıblar. Əvvəlcə park edilmiş avtomobilin sürücüsünə hücum edərək, kişini döyərək avtomobilinə xəsarət yetiriblər, sonra sənaye və ticarət nazirliyinin şöbə müdiri Denis Pakı və NAMI federal dövlət unitar müəssisəsinin baş direktoru Sergey Qaysini kafedə döyüblər.
2019-cu ilin may ayında Moskvanın Presnenski məhkəməsi Aleksanr Kokorini 1 il, “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev və onun dostu Aleksandr Protasovitskini 1,5 ay cəza kəsib. Elə həmin ilin payızında məhkumlar sərbəst buraxılıb.