- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Norveç paytaxtı Osloda dünya çempionatında sərbəst güləşçimiz Əbubəkr Abakarov bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, çıxışını belə dəyərləndirib:
“2018-ci ildə Budapeştdə 74 kq-da debüt etmişdim. Həmin yarışda medal qazana bilməsəm də, bu dəfə 86 kq-da fəxri kürsüyə qalxdım. Əlbəttə, Azərbaycana bürünc medal qazandırdığım üçün şadam. Millinin heyətində böyüklərin dünya çempionatında daha öncə iştirak etmiş güləşçi yalnız mən idim.
Heyətimiz əsasən perspektivli gənc güləşçilərdən qurulub. Medalsız qalan güləşçilər ruhdan düşməməlidir. İnşallah, növbəti dünya çempionatında medal qazanarlar. Yarımfinalda Deyvid Teylora uduzdum. Onunla heç vaxt qarşılaşmamışdım. Teylor olimpiya çempionu və bu çəkinin liderlərindən biridir. Onunla güləşmək mənim üçün böyük təcrübə oldu.
Çalışacağam ki, növbəti dəfə bürünc medalı qızılla əvəzləyim. Bu yarışa hazırlaşmaq üçün bir neçə təlim-məşq toplanışı keçmişdik. Bunun üçün bizə bütün şəraiti yaradan federasiyaya və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.
Azarkeşlərimizə də təşəkkür edirəm. Əsas hədəf, sözsüz ki, Paris-2024 olimpiadasıdır. Gənclərdən qurulmuş heyətimizlə olimpiya oyunlarına 100 faiz hazır olmalıyıq”.