- Baxış sayı: 93
- 17 Dekabr 2024 22:11
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. 4-cü yarış günündə qadın güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.
Əsmər Canqurtaran (50 kq) təsnifat mərhələsində türkiyəli Zerda Demirə minimal fərqlə (6:7) məğlub olub. Rəqib finaladək yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Bu mərhələdə macarıstanlı Bianka Fata (15:5) tam üstünlüklə qalib gəlib, sonra isveçrəli Svenya Junqonu da 9:6 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya “tuş”la qalib gəlsə də, 1/4 finalda rumıniyalı Karla Lirkaya uduzub – 4:5. Rəqibin finala yüksəlməsi Məmmədova üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna norveçli Felisitas Domayevaya gücünü göstərərək (9:6) bürünc medal əldə edib.
Firuzə Məcidova (59 kq) təsnifat mərhələsində polşalı Aleksandra Vitoşa “tuş”la məğlub olub.
Mərziyə Sadıqova (68 kq) serbiyalı Emiliya Yakovlyeviçə “tuş”la qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikoleta Barmpaya 6:8 hesabıyla uduzub.