- Baxış sayı: 44
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Allsport.az xəbər verir ki, aprelin 10-da Azərbaycan velosiped federasiyasında (AVF) 2023-cü ilin iyun ayında təşkil olunacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilat komitəsinin geniş tərkibdə iclası keçirilib.
İclasa AVF-nin birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib. Tədbirdə, həmçinin federasiyanın vitse-prezidenti Fuad Hacıyev və təşkilat komitəsinin digər üzvləri iştirak ediblər.
Toplantı zamanı “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. S.Ələkbərov təşkilat komitəsinin üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli velotur iyun ayının 7-dən 11-dək davam edəcək.