- Baxış sayı: 43
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İyunun 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı start götürüb. Allsport.az saytı xəbər verir ki, açılışda Azərbaycan velosiped federasiyasının prezidenti Mədət Quliyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.
100-dən artıq velosipedçinin qatıldığı mübarizəyə Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilib. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda bolqarıstanlı Martin Papanov birinci olub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü pillədə başa vurublar.