- Baxış sayı: 44
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu – beşinci mərhələsinə bu gün yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışda idmançılar Beyləqan-Şuşa marşrutu üzrə 132,2 kilometr məsafə qət ediblər.
Beş mərhələnin ümumi nəticələrinə görə, İtaliya təmsilçisi Ansalone Emanuele turnirin qalibi olub. Rumıniya komandasının üzvü Kristian Raileanu ikinci, eyni komandanın üzvü Martin Nessler isə üçüncü olublar.
Sonuncu mərhələdə və qaliblərin mükafatlandırılması mərasimində müdafiə sənayesi naziri, Azərbaycan velosiped federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və federasiyaların məsul şəxsləri iştirak ediblər.
“Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.