- Baxış sayı: 70
- 15 Dekabr 2025 15:34
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Macarıstan paytaxtı Budapeştdə gənc sablyaçıların dünya kuboku mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, oğlanlarda qrupu 5 qələbə ilə başa vuran Maqsud Hüseynli, 32-liyə yüksəlmək uğrunda turnirin qalibi, Almaniya idmançısı Kolin Hizkoka 6:15 hesabı ilə uduzub.
Qrupu 3 qələbə ilə bitirən Saleh Məmmədov və Murad Əkbərov 64-lüyə yüksəlmək uğrunda müvafiq olaraq Almaniya və Türkiyə təmsilçiləri ilə qarşılaşıb. Saleh Məmmədov Almaniya idmançısı Robet Piçaya 8:15, Murad Əkbərov isə türkiyəli Öztürk Alkimə 13:15 hesabı ilə məğlub olub.
Qızların yarışında qrupda 2 qələbəsi olan Sofiya Mamina mübarizəni erkən dayandırıb.