- Baxış sayı: 37
- 19 May 2025 16:46
- Baxış sayı: 104
- May 21, 2025
- 0
Estoniyanın paytaxtı Tallində 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, Maqsud Hüseynli, Murad Əkbərov, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət qılıncoynatmanın salbya növü üzrə kişilərdən ibarət milli komanda yarışında 9-cu olub.
Ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukrayna yığmasına 42:45 hesabı ilə uduzan komanda 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniya (45:42) və Almaniya (45:41) millilərinə qalib gəlib.
Kişi sablyaçıların şəxsi yarışında Saleh Məmmədov ən güclü 16-lıqda yer alıb. Maqsud Hüseynli, Murad Əkbərov və Ayxan Xasiyev qrup mərhələsini uğurla adlasalar da, pley-offda mübarizəni dayandırıblar.
Kişi şpaqaçıların şəxsi yarışında milli təmsilçi Vahab Fətullayev qrup mərhələsini 3 qələbə ilə başa vuraraq pley-offa yüksəlsə də, burada mübarizəni dayandırıb.
Cavanşir Ağakişiyev Tallində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında sablya yarışlarında hakimlik edib.