1-ci mərhələyə 650 “zirvəçi” qatıldı

“Zirve İnternational Sport Clubs”-ın Azərbaycan ərazisindəki filialları arasında keçirilən builik ilk yarışlar başa çatıb. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, 16-23 fevralda Neftçala (85), Lənkəran (290), Samux (135) və Xırdalanda (135) keçirilən turnirlərdə ümumilikdə 650-yə yaxın ağırlıqqaldıran gücünü sınayıb.

“9-cu Zirvə Kuboku və 2-ci dünya çempionatı”nın cari ildə 1-ci seçmə mərhələsi xarakteri daşıyan turnirlər bir çox məqsədlər daşıyır. Klubun üzvlərinin cari güclərinə baxış, final mərhələsinə güclü idmançıların seçılməsi, aparılan işlərin ardıcıllıq və axıcılığını müəyyən edilməsi, klubumuzun ağır atletika idman növündə şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyələrinin artırılmasını xüsusilə qeyd etmək olar.

Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunmudu. Mərhələdə Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirve İnternational Sport Clubs”-ın bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə bildilər.
Yarış şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılbrlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunaraq, medal və diplomlarla təltif olunublar.

Yarışlarda 650 atletin iştirak etməsi növbəti rekorddur. Ötən il analoji yarışda 560 civarında ağırlıqqaldıran körpücük üzərinə çıxmışdı. Klub olaraq kütləvilik yaratmaq yolu ilə inkişafa nail olmaq istəyirik ki, hazırda məsqədimizə çatmış sayıla bilərik.  “Zirvə” İdman Klubunun liderliyi şəksizdir.

Həmin kateqoriyadan