- Baxış sayı: 68
- 26 Mart 2026 10:55
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Kolorado” ilə NHL çempionatı matçında (3:6) iştirak edən “Vaşinqton”un hücumçusu Aleksander Oveçkin bir franşiza üçün oynanılan oyunların sayına görə 10-cu yeri tutub.
Allsport.az xəbər verir ki, 38 yaşlı rusiyalı üçün bu qarşılaşma paytaxt klubu karyerasında 1396-cı olub. Bu göstəricidə o, keçmiş çikaqolu Sten Mikitanın nailiyyətini təkrarlayıb.