100-cü səfər qələbəsi

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XVII turuna təsadüf edib.

Gəncə təmsilçisi “Qarabağ”la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” 100-cü səfər qələbəsini rəqib meydanlarındakı 346-cı qarşılaşmada əldə edib.

“Kəpəz” bu göstəricidə 4-cü nəticəyə malikdir. Yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı” (123) səfərdə daha çox qələbə qazanıb.

“Kəpəz” rəqib meydanındakı ilk qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə matçda əldə edib – 3:0.

Həmin kateqoriyadan