- Baxış sayı: 434
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

III MDB oyunlarının 11-ci günündə 8 idman növü üzrə yarış olacaq.
Allsport.az saytı xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan milliləri qarşılaşacaqlar.
Eyni şəhərin olimpiya idman kompleksində isə bədii gimnastika üzrə yarışa start veriləcək.
Gəncə idman sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək. Qızlardan ibarət millimiz bürünc medal uğrunda Özbəkistanla mübarizə aparacaq. Belarus və Rusiya isə final matçında münasibətlərə aydınlıq gətirəcək. Oğlanlardan ibarət millimiz də bu gün növbəti oyununu keçirəcək. Rəqib – Belarus komandasıdır.
Qeyd olunan idman məkanında həmçinin qılıncoynatma yarışları davam edəcək, güllə atıcılığına isə yekun vurulacaq.
Bununla yanaşı, Gəncədə keçirilən 3×3 basketbol üzrə yarışın mükafatçıları müəyyənləşəcək. Yarımfinalda qızlardan ibarət Azərbaycan komandası Özbəkistanla, oğlanlardan ibarət millimiz – Belarusla qarşılaşacaqlar.
Mingəçevir “Kür” olimpiya idman kompleksində isə avarçəkmənin kayak və kanoe növü üzrə final yarışı keçiriləcək.