- Baxış sayı: 437
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

III MDB oyunlarının keçiriləcəyi arenalarda hazırlıq işləri yekunlaşdırılır.
Allsport.az xəbər verir ki, idmançılar 12 məkanda 23 idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Oyunların yüksək səviyyədə keçirilməsi üçün komandalar, media nümayəndələri və tamaşaçıların rahatlığı üçün bütün tədbirlər görülüb.
Belə ki hər bir idman məkanda məlumat mərkəzləri, media toplanış məntəqələri, mətbuat otaqları, tibb məntəqələri mövcuddur. Yarışlara hazırlıq zamanı hər bir idman növünün xüsusiyyətləri nəzərə alınmış, beynəlxalq standartlara uyğun idman və digər avadanlıqlar quraşdırılıb.
III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.