12 yaşlı qızlar arasında “Bahar” turniri

7-8 mayda “Rəvan” futbol klubunun meydançasında AFFA-nın təşkilatçılığı ilə 12 yaşlı qızlar arasında “Bahar” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü “A” və “B” qrup, 2-ci günü final oyunları olacaq keçiriləcək. Hər komandada 3 nəfər 2010-cu il, digərləri 2011-2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir.

İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

Layihənin əsas məqsədi növbəti mövsüm U-12 qızlar liqasının yaradılması və qadın millisinə qız futbolçuların yetişdirilməsidir. Növbəti aylarda daha 2 regionda (Şimal-Qərb və Qərb) bu layihənin həyata keçirilməsi planlaşdırılır.

Həmin kateqoriyadan