14 güləşçimiz Budapeştə yollanacaq

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə reytinq seriyalı turnirin iştirakçıları müəyyənləşib.

Allsport.az xəbər verir ki, iyunun 6-9-da baş tutacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın 14 güləşçisi Budapeşt xalçasına çıxacaq.

Macarıstanda sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Məhəmmədxan Məhəmmədov (97 kq), Georgi Meşvildişvili (125 kq) qüvvəsini sınayacaq.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov, Ülvü Qənizadə (hər ikisi 72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Beka Kandelaki, Sabah Şəriəti (hər ikisi 130 kq) qüvvəsini sınayacaqlar.

Həmin kateqoriyadan