140 milyon dollar qazanacaq

“Sakramento Kinqs” hücumçu Kiqan Mürrey ilə müqaviləni beş il müddətinə uzadacaq.

Allsport.az xəbər verir ki, 25 yaşlı amerikalının bu müddət ərzində 140 milyon dollar alacağı gözlənilir. Mürrey, 2022 NBA draft mövsümündə “Sakramento” tərəfindən bəyənilərək seçilib.

Mürrey 2024-25 mövsümündə 76 müntəzəm mövsüm oyununda orta hesabla 12,4 xal, 6,7 ribaund və 1,4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan