151 gimnast Gəncədə yarışdı

14–16 noyabrda Gəncə daha bir mötəbər yarışa ev sahibliyi edib.

Allsport.az xəbər verir ki, aerobika üzrə böyüklər arasında 14-cü Avropa çempionatı uğurla başa çatıb.

3 gün davam edən yarışda 18 ölkədən 151 gimnast müxtəlif kateqoriyalar üzrə: fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında öz çıxışlarını nümayiş etdiriblər.

Yarışın ikinci təsnifat gününün sonunda komanda hesabında mükafatlandırma baş tutub. Mükafatlandırmada 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə isə İspaniya qərarlaşıb.

İkinci təsnifat gününün nəticələrinə əsasən gimnastlar final mərhələsinə vəsiqə qazana biliblər. Finala vəsiqə qazananlar arasında qarışıq cütlüyümüz – Mədinə Mustafayeva və Vladimir Dolmatov da yer alıb.
Final günündə bütün kateqoriyalar üzrə finalçıların çıxışları sərgilənib və ən yaxşılar Avropa çempionu adını qazanıb.

Aerobika üzrə favorit cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa çempionu adını qazanaraq 1-ci yerin sahibi olublar.

Həmin kateqoriyadan