- Baxış sayı: 35
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün Sərhədçi idman mərkəzində basketbol üzrə Azərbaycan kubokunun sonuncu qrup oyunları baş tutub.
Allsport.az xəbər verir ki, aşağıdakı nəticələrdən sonra, “Gəncə” və NTD-nin ardından “AAAF Xırdalan” və “Neftçi” də yarımfinala vəsiqə qazanıblar.
A qrupu: “Sabah” – “AAAF Xırdalan” (82:85)
Ən məhsuldar basketbolçular : “Sabah” (Kamran Məmmədov – 14 xal, 6 götürmə), “AAAF Xırdalan” (Devin Pullum – 25 xal, 7 ötürmə)
B qrupu: NTD – “Zirvə Astara” (104:103)
Ən məhsuldar basketbolçular: “NTD” (Londel Kinq – 19 xal, 15 götürmə), “Zirvə Astara” (Ruşard Kruikşenk – 51 xal, 9 götürmə)
A qrupu: “Gəncə” – “Sərhədçi” (75:80)
Ən məhsuldar basketbolçular: “Gəncə” (Əkbər Məmmədov – 20 xal, 25 götürmə), “Sərhədçi” (Trevor Blekmon – 16 xal, 1 götürmə)
B qrupu: “Olimpik Şəki” – “Neftçi” (74:100)
Ən məhsuldar basketbolçular : “Olimpik Şəki” (Larri Robinson – 24 xal, 7 ötürmə), “Neftçi” (Zaur Quşanov – 19 xal, 3 ötürmə)
Yarımfinal oyunları (“Gəncə” – “Neftçi”, NTD – “AAAF Xırdalan”) 25 mart tarixində baş tutacaq.