- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycanın 18 və 23 yaşadək kayakçı və kanoeçilərdən ibarət millisi Belarusun paytaxtı Minskə yollanıb. Allsport.az saytı xəbər verir ki, Dmitri Sablinin baş məşqçi olduğu komanda iyulun 28-də start götürəcək dünya çempionatında iştirak edəcək.
Nüfuzlu reqatada 4 idmançı mübarizə aparacaq. Onlardan 3-ü kanoeçi, 1-i kayakçıdır. Yeniyetmələrin mübarizəsində yalnız Mixail Bıkxalo çıxış edəcək. Bıkxalo 1-nəfərlik kanoe qayığı ilə 200 metr məsafəni qət edəcək.
23 yaşadək kayakçıların mübarizəsində isə yalnız Tamerlan Mustafayev çıxış edəcək. Bu yaş qrupu üzrə kanoeçilərin yarışına isə Nikita Sablin – Aleksey Kupin dueti qatılacaq. Bu cütlük 2-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüş edəcək.
Çempionatın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da “Minsk-Arena”da təşkil olunacaq. Dünya çempionatına 67 ölkə qatılıb. Bütün ölkələrin nümayəndə heyətləri Minskin mərkəzindəki “Belarus” mehmanxanasında yerləşdiriliblər.