- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Avropa kanoe assosiasiyası (AKA) “Prezident kuboku-2024” beynəlxalq reqatasını 2-ci dəfə rəsmi təqvim planına daxil edib. Allsport.az saytı xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar Bakıya aprelin 29-da yollanacaqlar. Bir gün sonra Mingəçevirdə rəsmi açılış və keçid təşkil olacaq.
Mayın 1-i Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində davam edəcək. Eyni gündə yarışların final görüşləri keçiriləcək.
ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı barədə məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.