- Baxış sayı: 310
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Türkiyənin Ankara şəhərində keçirilən Multi Avropa Oyunlarının ikinci günündə milli komandamızın gənc taekvondoçuları güclərini sınayıb. Allsport.az saytı xəbər verir ki,Yığmamızın 6 üzvü 2-si qızıl, 4-ü isə bürünc medala layiq görülüblər.
Komandamızın heyətində Hüseyn Xudiyev (73 kq) və Elcan Əliyev (78 kq) fəxri kürsünün ilk pilləsinə yüksəliblər. Məhəmməd Həsənli (48 kq), Ziya Həsənli (55 kq), Yunis Hüseynov (68 kq) və Gülü Zamanova (42 kq) 3-cü yerin sahibi olublar.