Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 157
- 19 Dekabr 2025 22:43


İtaliyanın Kaorle şəhərində güləşçilərin U-20 qitə birinciliyində 62 kq-da Ruzanna Məmmədova növbəti dəfə baş mükafaya yiyələnib. Allsport.az saytı xəbər verir ki, o, qələbəyə gedən yolu belə təsvir edib:
“Yarış olduqca çətin keçdi. Çox güclü rəqiblərlə qarşılaşdıq. Amma şükür Allaha, nəticə istədiyimiz kimi oldu. Zədəyə görə son təlim-məşq toplantısında iştirak edə bilmədim, yoxsa yarış daha asan keçərdi.
Yenə də qalib gəldim. Buna görə də çox sevinirəm. Növbəti hədəfim, öncə qarşıdan gələn gənclərin dünya çempionatı, sonra U-23 dünya çempionatıdır. Amma əsas hədəf olimpiadaya lisenziya qazanıb, ölkəmizi layiqincə təmsil etməkdir”.
Kamran HACI