- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatında 72 kq-da yunan-Roma güləşçimiz Ülvi Qənizadə ardıcıl 2-ci dəfə qalib oldu. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələrinə bunu söylədi:
“Ötən il də finalda Fransanı təmsil edən bu rəqibə (İbrahim Mahmud Qənimi nəzərdə tutur – K.H.) qalib gəlmişdim. Yarış ümumilikdə çətin keçdi. Amma yaxşı hazırlıq olmuşdu. O üzdən bu dəfə də çempionluğa inanırdım. Ümid edirəm ki, yenə həmin uğuru təkrarlayacağam.
Bu çəkidə ən çətin rəqibim fransalı idmançıdır. Tutaşma boyu o simulyasiya etdi. Hakimlər də haqsız qərar verdilər: parterdə onu çölə atdığım halda, xal vermədilər. Əminəm ki, orda xal vardı, özləri də yaxşı bilirdilər. Özüm də durumu anlamadım.
Allaha çox şükür, toparlandım və 2 xal qazandım və görüşü lehimə bitirdim. 77 kq-a keçməyi hələ düşünmürəm. Bu qələbəni müzəffər Azərbaycan ordusuna və atamın əziz ruhuna həsr edirəm”.
Kamran HACI, Zaqreb