- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə mübarizəyə başlayıblar.
Allsport.az xəbər verir ki, Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində gənclər arasında beynəlxalq turnirdə iştirak edirlər.
Dünya çempionatına və olimpiya oyunlarına lisenziya xarakterli yarışa 6 ölkənin idmançıları qatılıblar. Azərbaycan üzgüçüləri ilə yanaşı, Albaniya, Bolqarıstan, Xorvatiya, Serbiya və Şimali Makedoniyanın idmançıları mübarizə aparırlar.
Bu gün 50 və 200 m batterflay üsulu üzrə üzmədə Ramil Vəlizadə və Əbdürrəhman Rüstəmov final mərhələsinə vəsiqə qazanıblar.
Digər yarış isə Macarıstanın Kapoşvar şəhərində keçirilir. Yeniyetmələr arasında təşkil olunan bu beynəlxalq turnirdə Azərbaycanı 14 nəfər edir.