20-ci böyükhesablı məğlubiyyət

“Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub.

Allsport.az xəbər verir ki, bu, premyer liqanın XV turuna təsadüf edib.

“Ağ-qaralar” öz meydanında “Qarabağ”la görüşüb. Meydan sahibləri 0:3 hesabı ilə uduzublar.

1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib – 0:3.

Həmin kateqoriyadan