- Baxış sayı: 71
- 01 Dekabr 2025 15:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Rusiyalı tennisçi Daniil Medvedev Almatıda keçirilən turnirin finalında fransalı Korenten Muteni məğlub edərək çempion olub.
Allsport.az xəbər verir ki, gərgin keçən qarşılaşma 7:5, 4:6, 6:3 hesablı setlərlə rusiyalı idmançının qələbəsi ilə başa çatıb. Oyun 2 saat 36 dəqiqə davam edib.
Dünya reytinqində 14-cü pillədə qərarlaşan Medvedev, matç ərzində 8 “eys” (birbaşa toxunulmayan zərbə) vurub, 5 cüt səhvə yol verib və 9 “breyk-poynt”dan 4-nü reallaşdırıb. Dünya reytinqinin 41-ci pilləsində olan Mutel isə 1 “eys”lə yadda qalıb və 5 “breyk-poynt”dan 3-nü qazana bilib.
29 yaşlı Medvedev karyerasında 21-ci ATP turnirinin qalibi olub. Bu, onun 2023-cü ildən bəri qazandığı ilk titul idi. Rusiyalı tennisçi bu qələbədən əvvəl ardıcıl altı finalda məğlubiyyətə uğramışdı.