Füzulidə reqatanın rəsmi açılışı oldu

Azərbaycan kanoe və avarçəkmə federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı “Mingəçevir reqatası” çərçivəsində Qarabağda ilk dəfə Füzulidə tədbir təşkil etdi. Allsport.az saytı xəbər verir ki, yarış rayonunun azad olunduğu gündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında oldu.

Rəsmi keçid Füzuli beynəlxalq hava limanında başladı və start nöqtəsində bitdi. Rəsmi açılışda Füzuli, Ağdam, Xocavənd rayonları üzrə prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla gənclər və idman naziri Fərid Qayıbov çıxış etdilər.

Qeyd olundu ki, bu su anbarı 80-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Sonralar müharibə zamanı işğala məruz qalıb. Rəşadətli ordumuz tərəfindən 2020-ci ildə düşməndən azad olunub.

Füzulidə 1-yerlik qayıqda kayakda 200 metr məsafəyə yürüş başladı.

Həmin kateqoriyadan